Xaçmaz-Quba istiqamətində yol sürücülərin istifadəsinə verildi. Bu barədə 1 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Armudpadar kəndinin ərazisində yolun asfalt-beton işləri yekunlaşıb. Beləliklə sürücülər yeni inşa edilən körpüyə daxil olmaq üçün bu istiqamətdən istifadə edirlər.

Daha öncə, Yergüc və Armudpadar kəndləri ərazisində görülən işlər haqqında məlumat vermişdik.