Xaçmazda 2 noyabr tarixində “Açıq mikrofon” aksiyası keçiriləcək. Bu barədə ShimalNews 1 noyabr tarixində Azəriqaz İB-nin rəsmi Facebook səhifəsinə istinadən məlumat verir.

Maqsudkənd kəndində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tədbir təşkil olunacaq. Sakinlər “Səyyar qəbul otağ”ında saat 11:00-dan 13:00-a qədər öz problem və təkliflərini rahat şəkildə bildirə biləcəklər.