Vebinar GİKMnin əməkdaşlığı ilə təşkil olunub
Qusar və Xaçmaz gəncləri “Rəqəmsal Gəncliyimiz” adlı onlayn təlimə qoşula bilərlər. Bu barədə ShimalNews 1 noyabr tarixində “Gənclərin İnkişaf və Karyera Mərkəzi”(GİKM)nin rəsmi səhifəsinə istinadən məlumat verir.
GİKM-nin təşkil edəcəyi vebinar (zoom platformasının üzərində) 3 noyabr saat 20:00-da keçiriləcək. Təlimdə youtuber, şəxsi inkişaf təlimçisi İmamverdi Behbudlu iştirakçılara aşağıda qeyd olunan mövzular haqqında müzakirə aparacaq:
- Sosial medianın mənfi və müsbət cəhətləri
- Sosial mediadan gəlir qazanmağın yolları
- Şəxsi inkişaf və karyera inkişafımızda tətbiqlərin rolu
İştirak üçün 3 noyabr saat 18:00-dək qeydiyyatdan keçmək lazımdır.