Qusar rayon Mədəniyyət Mərkəzinin və filiallarının bir qrup əməkdaşları Bakiya səfər ediblər. Bu barədə ShimalNews 1 noyabr tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəsmi Facebook səhifəsinə istinadən məlumat verir.
Səfər çərçivəsində işçilər Hərbi Qənimətlər Parkında ekskursiyada olublar. Burada onlar Azərbaycan ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətləri ilə tanış olublar. Sonda kollektivlə xatirə şəkili çəkilib.
Daha öncə, Qusarda şəhidlərə həsr olunmuş tədbir barəsində məlumat vermişdik.