Qusar: Əniq kəndində şəhidlərin xatirəsinə abidə-bulaq kompleksi açılıb

1 Noyabr 2021, 13:45

Foto Azərtac

Açılışda rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər

Qusarda Vətən müharibəsi şəhidlərinin abidə-bulaq kompleksi istifadəyə verildi. Bu barədə ShimalNews 1 noyabr tarixində Azərtac-a istinadən məlumat verir.

Xatirə kompleksi leytenant Sərraf İmaməliyev və çavuş Amrid Yunusovun doğma Əniq kəndində yerləşir.

Açılışda rayon İcra Hakimiyyətinin nümayəndələri, ailə üzvləri, şəhidin döyüş yoldaşları və kənd sakinləri iştirak ediblər. Tədbirdə hərbi orkestrin müşayiəti ilə şəhidlərin abidələrin qarşısına əklil və gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Sərraf Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.  Ölümündən sonra o, “Hərbi xidmətlərə görə”, “Füzulinin, Qubadlının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Amrid Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Yunusov “Cəbrayılın, Füzulinin və Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.