Qubanın “Şahdağ” futbol komandası ilk dəfə “Region Liqası”nda iştirak edəcək. Bu barədə ShimalNews 1 noyabr tarixində klubun rəsmi Facebook səhifəsinə istinadən xəbər verir.

Oyun noyabrın 2-si, saat 13:00-da “Kapital Bank Arena” stadionunda baş tutacaq.

“Region Liqası” həvəskar futbol klublarının çıxış etdiyi ən yüksək təbəqədir. Burada oyunlar AFFA tərəfindən təsdiq edilmiş meydançalarda təşkil olunur.