Qubada 2 yolsuzluq avtomobili qəza ediblər. Bu barədə məlumat 1 noyabr tarixində ShimalNews-a daxil olub.
Hadisə şəhərin Əliqulu Nərimanov və Qələbə küçələrini kəsişməsində baş verib. Şahidlərin sözlərinə görə, “Lexus” yol ayrıcıya daxil olub, sol tərəfdən “Prado”nu vurub.
Qəza yerinə PPX və DYP əməkdaşları cəlb olunub. Hər 2 nəqliyyat vasitəsi yararsız hala düşüb.
Xəsarət alan olmayıb.
Daha öncə, Quba-Xaçmaz yolunda 4 nəfər yol-nəqliyyat qəzasında dünyasını dəyişdiyi haqqında məlumat vermişdik.

