Qubada 4 noyabr tarixində qanvermə aksiyası keçiriləcək. Bu barədə ShimalNews 1 noyabr tarixində ASAN Könüllülərin rəsmi instagram səhifəsinə istinadən məlumat verir.

“Zəfər Günü”nə həsr olunmuş tədbir “ASAN xidmət” mərkəzi könüllüərinin təşəbbüsü və Mərkəzi Qan Bankının dəstəyi ilə keçiriləcək. Məqsəd Vətən müharibəsində şəhidlərimiz və qazilərimizin müqəddəs xatirəsini əbədi yaşatmaqdır.

İştirak etmək istəyənlər “ASAN xidmət” mərkəzlərinə yaxınlaşa bilərlər.