Şimalda açıq məkanda reklam yerləşdirməyin rüsumu müzakirə olunub

1 Noyabr 2021, 15:20

Envato

Zonadan asılı məbləğ dəyişəcək

Şimal bölgələrində, açıq məkanda reklam yerləşdirilməsinə görə rüsum zonadan asılı olaraq tətbiq ediləcək. Bu barədə ShimalNews 1 noyabr tarixində APA-ya  istinadən məlumat verir.

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif edilib. Bu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilib.

Beləliklə, açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün tutulan dövlət rüsumunun məbləğləri 1 il müddətinə müəyyən ediləcək.

Dövlət rüsumu (5 manatdan – 100 manatadək) qanuna təklif edilən yeni maddələrə əsasən, reklam daşıyıcısının quraşdırıldığı zonadan asılı olaraq tətbiq ediləcək. Beləliklə Quba şəhəri və Xaçmaz rayonunun Nabran qəsəbəsi üzrə əmsal – 0,7; digər şəhər (rayon), qəsəbə və kənd üzrə – 0,5 təşkil edəcək.

İndiyə qədər bu proses müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 1 kvadratmetri üçün təyin edilirdi (icazənin müddəti, reklam daşıyıcısının növü və quraşdırıldığı zonası nəzərə alınmaqla).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.