Xudatlı bağbanları sevindirəcək nadir təbiət hadisəsi baş verib

30 Oktyabr 2021, 17:42

Photo Shimal.News

Bu hal növbəti il bol məhsul olmasının əlamətidir

Xudatda əncir ağacları bu il ərzində artıq 3-cü barını verir. Belə bir hala çox nadir rast gəlmək olar. Bu məlumatı Shimal News-la bağbanlar bölüşüblər.

Onların dediyinə görə, Xudat ərazisində havaların soyuq olmasına baxmayaraq, əncir yenidən yetişməyə başlayıb. Bağbanların arasında belə bir deyim var: “Əgər əncir ağacı havalar soyuyanda yenidən bar verməyə başlayırsa, demək ki gələn mövsüm məhsuldar keçəcək”.

Son olaraq qeyd olunub ki, bu meyvələr şaxtaların düşəcəyinə görə tam olaraq yetişməyəcəklər. Lakin bu əlamət bağbanlarda sevinc hissi yaradır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.