Xudatda yol təmirinə görə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bu barədə 30 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

M.F. Axundov küçəsindən yeni asfalt örtüyü salınır. Bu səbəbdən yol tamamilə bağlanıb, PPX-nin əməkdaşları tərəfindən mühafizə olunur.

Əldə etdiyimiz məlumata görə, sürücülərə alternativ Mahmud Əbilov – Molla Pənah Vagif – Heydər Əliyev prospekti yolundan istifadə etmək məsləhət görülür.

Bugün, adı çəkilən küçədə sıxlıq müşahidə olunduğu haqda məlumat vermişdik.