Xaçmazda  “Zəfər tariximizi yazan igidlər” mövzusunda keçirilmiş inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar. Bu barədə ShimalNews 30 oktyabr tarixində Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin rəsmi Facebook səhifəsinə istinadən məlumat verir.

44 günlük Vətən müharibəsinə həsr olunmuş tədbir “Xaçmaz Rayon Gənclər və İdman İdarəsi” və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub. Müsabiqə 9-10 sinif şagirdləri arasında keçirilib. Qaliblərin siyahısını aşağıda qeyd edirik:

1-ci yer – Ləman Xəlilova

2-ci yer – Gültəkin Pənahova

2-ci yer – Xatirə Allahverdiyeva

3-cü yer – Məryəm Hüseynova

3-cü yer – Məryəm Babayeva

3-cü yer – Səma Nuriyeva

Mükafatlandırma mərasimində qaliblər diplomlarla təltif ediliblər.