Xaçmazda işıq dirəkləri olan küçə qaranlıq içindədir

30 Oktyabr 2021, 11:12

Photo Shimal.News

Bu yoldan məktəblilər istifadə edirlər

Xaçmazda məktəblilərin istifadə etdiyi yol işıqlandırlımır. Bu barədə 30 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Şəhərin M.S.Ordubadi küçəsində işıq dirəkləri var, lakin işıqlandırma təmin olunmur. Sakinlər bildiriblər ki, bu yoldan məktəblilər və yerli camaat sıx istifadə edirlər. Hər dəfə havanın qaranlıq vaxtı onlar qorxu hissi ilə burdan keçirlər.

Daha öncə, Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsində yeni işıq dirəklərinin quraşdırılma prosesi haqqında məlumat vermişdik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.