Xaçmazda II Qarabağ müharibəsi şəhidinin ildönümü qeyd olunub. Bu barədə 30 oktyabr tarixində məlum olub.

Şəhid Samir Mustafayevin anım mərasimi keçirilib. Burada dövlət qurumlarının nümayəndələri, şəhidin ailə üzvləri və müxtəlif təşkilatların əməkdaşları iştirak ediblər. Onlar şəhidin məzarını ziyarət ediblər.

Mustafayev 10 mart 2000-ci il tarixində Qaracəli kəndində anadan olub. Samir Suqovuşan uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra o, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.