Qusara aparan yolda işıqlandırmanı təmin etmək üçün işlər görülür. Bu barədə 30 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
“İpək yolu” ilə Qusarı birləşdirilən yolda işıq dirəklərinin quraşdırılması prosesi başlayıb. Yol boyu çox sayda işçilərin fəaliyyəti diqqəti cəlb edir. Onların sözlərinə görə, artıq asfalt salınıb və təxminən 1 ay ərzində işıq təhcizatını tam yekunaşdırmağı planlaşdırılır. İşlərin bitmə vaxtı hava şəraitindən aslıdır.
Daha öncə, Qusarın Hil kəndində yol boyu işıq dirəklərinin kim tərəfindən quraşdırılması haqqında məlumat vermişdik.