Qubada 1200 nəfərdən çox əhalisi olan kəndin yolu yararsız vəziyyətdədir. Bu barədə 30 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Səbətlər kənd sakinlərinin sözlərinə görə, bu hal uzun müddət onları narahat edir. Quru havada toz-torpaq, yağış yağanda isə palçıq adi vəziyyətə çevrilib. Həmçinin çala-çuxur avtomobilləri sıradan çıxarır. Bura asfalt çəkiləcək günü səbirsizliklə gözləyirlər.
Daha öncə, Qubada əsas yolların birində təmir-bərpa işləri aparıldığı haqda məlumat vermişdik.