Qubanın Alpan kənd tam orta məktəbində 11-ci siniflər şagirdləri arasında yarış keçirilib. Bu barədə ShimalNews 30 oktyabr tarixində məktəbin rəsmi Facebook səhifəsinə istinadən məlumat verir.
Hərbi rəhbər – Yafət Əhmədovun təşkilatçılığı ilə “Gənc nişançılar” yarışı baş tutub. Tədbir “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na əsasən keçirilib.
Təşkilatçılar bildirib ki, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması üçün belə tədbirlərin keçirilməsi vacibdir. Bu günün gənc nişançıları gələcəyin mahir atıcılarıdır.
Yarışda qalib olanlar yaxın zamanda Zəfər Gününə həsr olunacaq tədbirdə diplom və hədiyələr ilə mükafatlandıracaqlar.