Gələcəkdə bu mərkəzlərin sayı artacaq
Qubada təhsil mərkəzi fəaliyyət göstərir. Bu barədə ShimalNews 27 oktyabr tarixində Real TV-ə istinadən xəbər verir.
Təhsil nazirliyinin tabeliyində olan fizika, riyaziyyət və informatika təmayüllü respublika liseyinin nəznində “Quba STEAM Mərkəzi” yaradılıb. Burada 116 şagird təhsil alır. Onlara praktik məşğələlər vasitəsilə elmi, texniki biliklər və mühəndislik səriştələri öyrədilir.
Mərkəz 6-ci sinif şagirdlərindən başlayaraq bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulub. Sözügedən liseylə yanaşı regionun digər məktəblərinin şagird və müəllimləri də yararlana bilərlər.
STEAM təhsil metodu elm, texnoloqiya, mühəndislik, incəsənət, riyaziyyatın birgə inteqrasiya olunmuş formada tədris edilməsi ideyası üzərində qurulub.
Əlavə olaraq Qubada 7 təhsil müəssisənin nəznində STEAM mərkəzi yaradılıb. Gələcəkdə bu mərkəzlərin sayının 15-ə çatdırılması planlaşdırılıb.