Qubada Böyük Vətən müharibəsinin xatirə abidəsi baxımsız vəziyyətdədir. Bu barədə 30 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
1941-1945 illər müharibəsinin xatirəsinə uçaldılmış abidə Digah kəndində yerləşir. Sakinlərin sözlərinə görə, əraziyə uzun zaman qulluq olunmur. Girişdə tullantılar toplanıb və ətrafa səpələnib. Həmçinin, pilləkənlar dağılıb.
Daha öncə, Qubanın Bayram Şıxəmirov küçəsində yerləşən parkın vəziyyəti barəsində məlumat vermişdik.