123 ildir fəaliyyət göstərən Xaçmaz Dəmiryol Stansiyası

30 Oktyabr 2021, 12:38

Foto Azerbaycan demir yolları

“Arxadan Vurulan Zərbə” filminin bir neçə epizodları məhz burada çəkilib

Xaçmaz Dəmiryol Stansiyasıyanın inşası 1898-1902-ci illərə aiddir. Stansiya Zaqafqaziyada çəkilən ilk dəmiryollarından biridir. Layihənin həyata keçirilməsində yerli əhali ilə yanaşı, ingilis və alman mütəxəssislər də iştirak ediblər.

XIX əsrin ikinci yarısında Qafqazın təbii zənginliklərinin Rusiyaya daşınması üçün nəqliyyat vasitəsinə böyük ehtiyac yaranmışdı. Çar Rusiyası dövründə kapitalizmin inkişafı zamanı Azərbaycan ərazisindən Rusiyaya daşınan yüklərin həcmi də artmışdır. Beləliklə, Bakı-Vladiqafqaz dəmir yolu xəttinin tikilməsinə qərar verilir. Bu xəttin dayanacaqlarından biri də Xaçmaz Dəmiryol Stansiyası idi.

XX əsrin əvvəllərində Bakıda sürətli sənaye inkişafı və əhali artımı nəticəsində su çatışmazlığı yaranır. Bu problemi həll etmək üçün Xaçmazdan içməli su toplanır və bu stansiyaya gətirilərək Bakıya göndərilir.

1977-ci ildə çəkilən “Arxadan Vurulan Zərbə” filminin bir neçə epizodu məhz burada lentə alınıb.

2019-cu ilin avqustunda Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində açılan “Dəmir izlər” adlı sərgidə Xaçmaz dəmiryol xəttinin çəkilməsi ilə bağlı arxiv materialları və muzeyin eksponatları nümayiş etdirilib.

Hazırda Xaçmaz Dəmiryol Stansiyasında dünyanın bir sıra ölkələrinə yük və sərnişin daşımaları həyata keçirilir.

Vağzal binası yerli əhəmiyyətli tarixi abidələr siyahısındadır.

Mənbələr:

  1. Nizami Xudiyev. Xaçmaz: görüşlər, düşüncələr. Bakı-2014.
  2. Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı. AR Nazirlər Kabinetinin 2 avqust 2001-ci ilin 132 nömrəli qərarı.
  3. https://www.medeniyyet.az/page/news/47689/.html?lang=az
  4. https://news.day.az/azerinews/1145950.html
  5. https://www.youtube.com/watch?v=SVgUCjkQBfs
  6. https://azertag.az/xeber/Yuz_iyirmi_yasli_memarliq_incisi_Xachmaz_Demiryol_Vagzali___FOTOREPORTAJ_VIDEO-1316396
  7. http://anl.az/down/meqale/exo/2016/noyabr/515162.htm
  8. https://www.youtube.com/watch?v=e-2JSEVn4jg

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.