Xaçmaz rayonunda “Zəfər Günü”nə həsr olunmuş bayram keçiriləcək. Bu barədə 29 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Tədbir Nabranda 30 oktyabr tarixində “River inn Resort&SPA” otelində baş tutacaq. Burada 70-ə yaxın qazı iştirak edəcək.

İştirakçılar üçün transfer (avtobus 99-RU-031) təşkil olunacaq. Görüş məkanı Samovarın qarşısında saat 10:45-də müəyyən olunub. Suallarınız yaranarsa 050-256-99-34 (Turan) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Qeyd: Covid pasportu və əlilliklə bağlı arayış tələb olunur.