Xaçmaz rayonunda səyyar vaksinasiya aparılacaq. Bu barədə 29 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
30 oktyabr tarixində Cığatay kənd ibtidai məktəbin binasında vaksinasiya prosesi təşkil olunacaq. Bura ilk və növbəti doza üçün müraciət eləmək olar.
Qəbul saat 09:00-dan 17:00-dək həyata keçiriləcək.
Daha öncə, Xaçmazda 3-cü doza vaksinin vurulması prosesi haqqında məlumat vermişdik.