Xaçmazda “Zəfər parkı”nın salınmasında son tamamlama işləri aparılır. Bu barədə 29 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Yeni inşa olunan park Heydər Əliyev prospektində yerləşir. Burada 44 günlük Vətən müharibəsi simvolunun karkası artıq hazırdır. Şimal bölgəsində ilk döşəmə üzərində fəvarə quraşdırılıb və müasir işıqlandırma sistemləri quraşdırılıb. Həmçinin ağaclar əkilib və digər yaşıllıqlar salınıb.
Əldə etdiyimiz məlumata görə, açılışı 8 noyabr – Zəfər gününə planlaşdırılıb.
Ümumilikdə parkda muzey, kitab evi, süni göl, səhnə, idman qurğuları və digər istirahət guşələri yerləşəcək.
Bir ay öncə, adı çəkilən parkın inşası haqqında məlumat vermişdik.

