Xaçmaz: Aşağı Ləgərdə yeni bağça binası inşa olunur

29 Oktyabr 2021, 18:50

Foto azərtac

Xaçmazda yeni uşaq bağça binası inşa olunur. Bu barədə ShimalNews 29 oktyabr tarixində Azərtac-a istinadən məlumat verir.

Aşağı Ləgər kəndində tikilən tərbiyə müəssisəsi 20 yerlik bir qrupdan ibarət olacaq. Artıq binada son tamamlama işləri aparılır. İşlər yekunlaşdıqda bağça lazımi inventarla təchiz olunacaq.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının sözlərinə görə, son 2 ildə rayonda körpələr evi-uşaq bağçası üçün 6 yeni bina inşa olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.