Qubanın Alpan kənd tam orta məktəbində “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na əsasən yarış keçirilib. Bu barədə ShimalNews 29 oktyabr tarixində məktəbin rəsmi facebook səhifəsinə istinadən məlumat verir.
İlk öncə Vətən müharibəsində canlarını fəda edənlərin ruhları bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni ifa olunub. Daha sonra komandalar ehtiram olaraq Şəhidlərin adı ilə adlandırıblar və yarışa start verilib.
Şagirdlərə Vətən Müharibəsində azad olunmuş torpaqların xronologiyası ilə bağlı suallar təqdim olunub. Sonda qalib olan komanda rayon turunda iştirak etmək hüququnu qazanıb.
Həmçinin, tarix müəllimi Əfil Dadaşovun təşkilatçılığı ilə “Zəfər” bilik yarışının məktəb turu keçirilib.