Qubada taxılın payız səpini işləri aparılır. Bu barədə 29 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Hazırda 10.300 hektara yaxın torpaq şumlanıb və 1550 hektarda buğda əkilib. Ümumilikdə cari il üçün 10.800 hektar arpa və buğda əkilməsi nəzərdə tutulub.

Keçən il rayon üzrə 30.000 tona yaxın taxıl istehsal olunub. Hər hektardan orta hesabla 31 sentnerdən çox arpa və buğda əldə edilib.