Qubanın Qırmızı Qəsəbəsində şəhid ailəsi ziyarət olunub. Bu barədə ShimalNews 29 oktyabr tarixində Quba Gəncləri rəsmi Facebook səhifəsinə istinadən məlumat verir.
“Vətənpərvərlik klubu”nun üzvləri şəhid Aydəmir Hacıyevin valideyinlərinin evində olublar. Burada onun xatirə fotoları ilə tanışlıq olub. Həmçinin, uşaqlıq və gənclik illərindən və şərəfli döyüş yolundan danışılıb.
Daha öncə, Quba rayonunda Vətən müharibəsi şəhidi Nuran Mirzəyevin xatirəsi anılması haqqında məlumat vermişdik.