Qubanın Zərdabi qəsəbəsində tədbir keçirilib. Bu barədə 29 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Görüş “Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu”nda baş tutub. Burada bitkilərin seleksiyası şöbəsinin müdiri Ələddin Sadıqovun 65 illik yubileyi münasibətilə həmkarları təbriklər söyləyib. Onun 300-dən çox alma sortlarının təsərrufat-bioloji xüsusiyyətlərini öyrənildiyi və elm sahəsində nailiyyətləri xüsusi vurğulanıb. Sonda “Kənd Təsərrüfatı Nazirliyi”nin həmkarlar ittifaqı tərəfindən ona fəxri fərman və mukafat təqdim olunub.

Ələddin Sadıqov bir çox elmi kitabların müəllifidir. Onun 130-dan artıq elmi məqaləsi dərc olunub.