Quba və Xaçmazda “Qırmızı Ürəklər” fondu tərəfindən ağacəkmə layihəsi təşkil olunacaq

29 Oktyabr 2021, 13:50

Foto Qırmızı Ürəklər fondu rəsmi facebook səhifəsindən

Aksiya noyabr ayında keçiriləcək

Quba və Xaçmazda “Qırmızı Ürəklər” (Red Hearts) fondu tərəfindən ağacəkmə layihəsi həyata keçiriləçək. Bu barədə ShimalNews 29 oktyabr tarixində Apa-ya istinadən məlumat verir.

“Vətən Bağı” layihəsi birinci və ikinci Qarabağ müharibəsi şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə ilə təşkil olunub. “PAŞA Holdinq”lə birgə noyabr ayında keçiriləçək aksiya zamanı 1000-dək ağacın əkilməsi planlaşdırılır.

Əkilən ağaclara qulluq, suvarması və digər lazımi tədbirlər yerli İcra Hakimiyyəti orqanları və təşkilatçı fond tərəfindən həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.