Qubada 2 nömrəli Təbiət fənləri təmayüllü məktəb-liseydə turnir təşkil olunub. Bu barədə ShimalNews 29 oktyabr tarixində Quba müəllimləri rəsmi Facebook səhifəsinə istinadən məlumat verir.
“Qumbara atma” üzrə yarış 10-11-ci sinif oğlanların arasında keçirilib. İlk mərhələdə 28, final mərhələdə isə 10 şagird iştirak etmişdi.
“Zəfər günü”nə həsr edilmiş turnirdə ən yüksək nəticə göstərən üç iştirakçı müvafiq yerlər üzrə diplomlarla təltif olunmuşdular.