Qubanın mərkəzi prospektində səkilərin döşəməsi yararsız vəziyyətdədir. Bu barədə 29 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Heydər Əliyev prospektində yerləşən piyada səkilərinin bəzi hissələrində tamet daşları dağılıb.

Sakinlərin sözlərinə görə, yağışlı havada bu yolda gölməçələr yaranır. İşıq dirəklərinin naqillərinin açıq vəziyyətdə qalması qısa qapanmaya səbəb ola bilər.

Daha öncə, Heydər Əliyev prospekti ilə 29-cu kvartalın kesişməsindəki yolun təmirə ehtiyacı olması barədə məlumat vermişdik.