Quba şəhərində mərkəz yolun hərəkət hissəsində asfalt çökmüşdür. Məsələnin son vəziyyəti haqqında, 29 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Bu hal Heydər Əliyev prospektində müşahidə olunurdu. Sakinlərin sözlərinə görə, ShimalNews məsələni işıqlandırdıqdan sonra iş prosesi başlandı.
Mühafizə zolağı yaradılaraq, yolun zədəli hissəsində asfalt çəkildi.
Daha öncə, adı çəkilən ərazinin vəziyyəti haqqında məlumat vermişdik.