O, Düztahir kəndində tikilmiş tibb məntəqəsi ilə tanış olub
Yaponiya səfiri Vada Ciniçi Qusara səfər edib. Bu barədə ShimalNews 28 oktyabr tarixində Bizim.Media-ya istinadən xəbər veririk.
İlk olaraq diplomat Qusar rayon İcra Hakimiyyətin başçısı Şair Alxasovla görüş keçirib.
Daha sonra səfir Yaponiya hökumətinin “İcma səviyyəli layihələr və İnsan Təhlükəsizliyi Qrant Yardımı” çərçivəsində Düztahir kəndində tikilmiş tibb məntəqəsi ilə tanış olub.
Sonda o, Qalacaq kəndində yerləşən “METAK” MMC-yə məxsus bağ sahələri, soyuducu qurğu və tara istehsalı müəssisəsinə baxış keçirib və iş adamları ilə görüşüb.