Xaçmazda “Zəfər bayramı”na həsr olunmuş tədbir keçiriləcək

28 Oktyabr 2021, 18:30

Photo Shimal.News

Tədbir Xaçmaz rayon Uşaq Kitabxanasında baş tutacaq

Xaçmazda Vətən müharibəsinə aid tədbir keçiriləcək. Bu barədə 28 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

“Zəfər bayramı”na həsr olunmuş tədbirdə rəsmi nümayəndələr, şəhid ailələri və qazilər iştirak edəcəklər.

Burada qazilər müharibə zamanı yaşadıqları ilə bölüşəcəklər. Həmçinin, şəhid övladları digər uşaqlarla birgə çıxış edəcəklər. Onlar səhnəçiklər quracaqlar, şeir söyləyəcəklər və rəqs edəcəklər.

Tədbir 2 noyabr saat 11:00-da Xaçmaz rayon Uşaq Kitabxanasında baş tutacaq.

Daha öncə, “Xalça Muzeyi”ndə keçiriləcək tədbir haqqında məlumat vermişdik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.