Xaçmaz rayonu meşə və qeyri-meşə ağacəkmə tədbirlərinə qatılıb. Bu barədə ShimalNews 28 oktyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən məlumat verir.
IDEA İctimai Birliyi və ETSN-nin birgə təşkilatçılığı ilə Xaçmazda “Yaşıl Marafon” kampaniyası keçirilib. Bu zaman 1 hektar ərazidə 1100 ağac əkilib.
Payız ağac əkini başlayandan ölkə ərazisində ümumilikdə 46.000-ə yaxınmüxtəlif cinsli ağac əkilib. Meşəbərpaya kömək məqsədilə 5 hektar ərazidə 500 kiloqram toxum səpilib.