Xaçmazda taxta dirəklər demontaj olunur

28 Oktyabr 2021, 16:58

Photo Shimal.News

İşlər yaxın zamanda yekunlaşacaq

Xaçmazda köhnə elektrik dirəklərini çıxarmağa başlayıblar. Bu barədə 28 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Ərazidə çalışan “Azərişıq” ASC-nin əməkdaşları bildiriblər ki, demontaj işləri yaxın günlərdə bir çox ərazilərdə görüləcək. Hal-hazırda Aşıq Ələsgər küçəsində taxta dirək yük qaldıran kran vasitəsi ilə yerindən çıxarıldı. Əvəzinə dəmir işıq dirəkləri artıq quraşdırılıb.

Daha öncə, Nəriman Nərimanov küçəsində yeni işıq dirəklərinin quraşdırılması haqqında məlumat vermişdik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.