Xaçmazda Fransadan gətirilən buğda və arpa əkiləcək

28 Oktyabr 2021, 16:32

Envato

Dərmanlama işləri yekunlaşıb

Xaçmazda əkiləcək xarici taxıl sortları üçün hazırlıq işləri yekunlaşıb. Bu barədə ShimalNews 28 oktyabr tarixində İnterazTV-ə istinadən məlumat verir.

Əkin prosesinin mərhələli keçirmək üçün toxum sortları bölünərək təmizləniblər və dərmanlama işləri aparılıb. Daha sonra 1350 hektar sahədə taxıl səpini aparılıb. Burada 100 hektarda sınaq üçün yumuşaq sort buğda və arpa əkilib.

Ötən il Fransadan gətirilən “Renan” və “Barok” buğda sortları yüksək məhsuldarlıq göstəriblər. Həmçinin, arpanın “Ramata” sortu hər hektara görə 53 sentner təşkil edib. Yerli buğda sortlarının orta məhsuldarlığı isə hər hektara görə 30-40 sentner təşkil etmişdir.

Bu il Xaçmazda 21.500 hektarda səpin aprılacağı gözlənilir. Hal-hazırda rayon ərazisində 15.000 hektardan yuxarı torpaq sahələri şumlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.