Xaçmazda bazar ətrafında məişət tullantıları üçün ayrılmış yer baxımsız vəziyyətdədir. Bu barədə 28 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Sakinlərin sözlərinə görə, burada zibil uzun zaman yığışdırılmır. Gün ərzində toplanan tullantılar natəmizliyə səbəb olur. Bu yoldan istifadə edənlər hər dəfə üfunət iyi ilə rastlaşırlar.
Daha öncə, Qubanın Timiryazev qəsəbəsində məişət tullantıları ətrafa dağılması haqqında məlumat vermişdik.