Qeydiyyat onlayn keçmək mümkundür
Xaçmazda 3-cü doza vaksinin vurulması prosesi davam edir. Bu barədə ShimalNews 28 oktyabr tarixində AZƏRTAC-a istinadən xəbər veririk.
Vaksinasiya Xudat şəhər xəstəxanasında və Xaçmaz rayon Mərkəzi Xəstəxanasında həyata keçirilir. Həmçinin, səyyar həkim briqadaları tərəfindən aparılır. Hazırda 2796 nəfərə üçüncü doza vaksin vurulub.
Qeydiyyat randevu.its.gov.az sayt vasitəsilə aparılır. Onlayn qeydiyyatdan keçə bilməyənlər isə birbaşa tibb məntəqəsinə yaxınlaşa bilərlər.
Daha öncə, Xaçmazda hərbi xidmətə çağrılanlar peyvənd olunması haqqında məlumat vermişdik.