O, həyatının 11 ilini Vətənə xidmət edib
Xaçmaz rayonunda Vətən müharibəsi şəhidi kiçik çavuş Nazir Xurşudovun xatirəsi əbədiləşdirilib. Bu barədə ShimalNews 27 oktyabr tarixində Azərtac-a istinadən məlumat verir.
Çaykənarı kəndində Nazirin ildönümündə abidə-bulaq kompleksi istifadəyə verilib. Tədbirdə dövlət məmurları, şəhidin döyüş yoldaşları, ailə üzvləri və kənd sakinləri iştirak ediblər.
35 yaşlı Nazir Müxənnət oğlu Xurşudov həyatının 11 ilini Vətənə xidmət edərək keçirib. 2016-cı ilin Aprel döyüşlərində və ötən ilin iyul ayında baş verən Tovuz döyüşlərində də savaşıb. Xocavənd istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Ona “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları təltif olunub.