Qusar və Quba gəncləri Gəncə şəhərində terror baş vermiş əraziləri ziyarət ediblər. Bu barədə ShimalNews 28 oktyabr tarixində Qusar Gəncləri rəsmi İnstagram səhifəsinə istinadən məlumat verir.

“Vətəni tanı” adlı layihə çərçivəsində gənclər Gəncəyə səfər ediblər. Burada baş vemiş hadisələrlə tanış olublar. Daha sonra erməni terroru qurbanlarına aid olan xatirə abidəsinə gül dəstəsi qoyublar.

Daha öncə, Qusarın Cibir kəndində Vətən müharibəsi şəhidləri xatirəsinin yad edilməsi haqqında məlumat vermişdik.