Qubada şəhid Miqdad Abduləlimovun il dönümü qeyd olunacaq. Bu barədə 28 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Tədbir 29 oktyabr tarixində, saat 13:30-da Şəhidlər Xiyabanında baş tutacaq. Daha sonra “Nərgiz Plaza”da ehsan süfrəsi açılacaq.
Hər kəs dəvətlidir.
15.12.2020-ci il tarixli sərəncama əsasən Miqdad ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Daha öncə, Qubada şəhid leytenant Səttər Piriyevin anım tədbiri haqqında məlumat vermişdik.