Onlar ödənişsiz 3 aylıq təcrübə proqramını keçəcəklər
Qubada universitet tələbələri üçün 3 aylıq ödənişsiz təcrübə proqramı təşkil olunacaq. Bu barədə ShimalNews 28 oktyabr tarixində Dünya TV-ya istinadən xəbər veririk.
Tələbələrin seçiminə əsasən ixtisaslardan biri üzrə təlim keçiriləcək. Sonda onlara sertifikatlar təqdim olunacaq. Həmçinin, təcrübəni uğurla bitirən gənclər Qafqaz TV-də işlə təmin edilmək imkanı qazanacaqlar.
Bu layihə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı ilə Qafqaz TV arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.