Xudatın əsas yolların birində uzun müddət kanalizasiya quyuları qapaqları yox idi. Məsələnin son vəziyyəti haqqında, 28 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Bu hal Xudu Məmmədov, Mahmud Əbilov və Mirzə Fətəli Axundov küçələrinin kəsişməsində müşahidə olunurdu. Sakinlərin sözlərinə görə, ShimalNews məsələni işıqlandırdıqdan sonra iş prosesi başlandı.

Lyüklar qoyularaq təhlükə yaradan çalaların üstü bağlandı. Səki və yolun hərəkət hissəsində təmir işlərinın davamına başlanılıb.

Daha öncə, adı çəkilən ərazinin vəziyyəti haqqında məlumat vermişdik.