Xaçmazda “Zəfər Bayramı” adlı tədbir baş tutacaq. Bu barədə 27 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Noyabrın 5-i, saat 15:00-da “Uşaq Gənclər İnkişaf Mərkəzi”nin şagirdləri “Xalça Muzeyi”ndə səhnəcikdə çıxış edəcəklər. Həmçinin, əl işlərini və rəsm əsərlərini sərgiləyəcəklər. Məqsəd 44 günlük müharibədə əldə etdiyimiz qələbəni və şəhidlərimizin xatirəsini əbədiləşdirməkdir.
Ünvan: H.Z. Tağıyev küçəsi (Heyvanlar Parkı).
Daha öncə, Qusarda “Mənim atam qəhrəmandır” layihəsi haqqında məlumat vermişdik.