Xaçmaz rayon sakini qanunsuz balıq ovda ifşa olunaraq saxlanılıb. Bu barədə ShimalNews 27 oktyabr tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı Ramil Mustafayev qanunu pozduğu müəyyən edilib.

Ölkə üzrə aparılan tədbirlər nəticəsində su hövzələrindən ümumilikdə 560 metr uzunluğunda sintetik tor və qadağan olunmuş ov alətləri götürülüb. Bununla bağlı akt, protokol tərtib olunub və 7 000 manat məbləğində cərimə tətbiq edilib.