Xaçmaz-Quba yolunda təmir-bərpa işləri davam etdirilir. Bu barədə 27 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Hazırda işlər Yergüc və Armudpadar kəndləri ərazisində aparılır. Körpünün giriş hissəsinə son qat asvalt-beton örtüyü tökülür, üst hissəsinə isə armaturdan ibarət dişli konstruksiya toxunaraq birləşdirilir. Artıq 4 zolağlı yolun 2 zolağı hazırdır.
Növbəti mərhələdə körpü qollarının istifadəyə verilməsi planlaşdırılır.
Daha öncə, həmin yolun tikinti prosesi barəsində məlumat vermişdik.
