Qubanın Timiryazev qəsəbəsində məişət tullantıları ətrafa dağıdılır. Bu barədə 27 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Yeni yaşayış məntəqəsinin sakinləri bildiriblər ki, zibil qutularının olmaması antisanitar vəziyyət yaradıb. Həmçinin külək, yağış və itlər tullantıları ətrafa yayaraq ətraf mühütə zərər yetirir.

Daha öncə, Hacıhüseynli kəndin ərazisində məişət tullantılarının əsas yol üzərində olduğu haqqında məlumat vermişdik. Bir müddət sonra ərazi təmizlənmişdir.