Qubada tikintidə ölüm hadisəsi üzrə istintaq tamamlanıb

27 Oktyabr 2021, 15:45

Envato

Şirkət direktoru ittiham olunub

Qubada şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb. Bu barədə ShimalNews 27 oktyabr tarixində “Report”-a istinadən məlumat verir.

“NB Construction” MMC-nin direktoru Namidar Bəhlulova barəsində iltizam qətimkan tədbiri seçilib.

Namidar Cinayət Məcəlləsinin tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması maddəsi ilə ittiham olunmuşdur.

Həmçinin, şirkət direktorunun əmək qanunvericiliyinin tələblərini pozmuşdur. Buna görə inzibati xəta haqqında iş üzrə icraat başlayıb.

Daha öncə, Qubada tikintidə işləyən fəhlə binadan yıxılaraq dünyaını dəyişdiyi haqqında məlumat vermişdik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.