Qubada 120 ailə susuz qalıb

27 Oktyabr 2021, 11:39

depositphotos

Artezian 9 ay öncə quruyub

Qubanın İqrik kəndində su yoxdur. Bu barədə ShimalNews 27 oktyabr tarixində Real TV-ə istinadən xəbər verir.

İqrik kəndində 120 ailəni içməli su ilə təmin edən artezian 9 ay öncə quruyub. Sakinlərin sözlərinə görə, quyu 10 il öncə qazılmışdır. Dərinliyi 120 metr olmalı idi, lakin 79 metr qazılıb. Məsələ ilə bağlı səlahiyyətli qurumlara müraciət olunub.

İqrik kəndinin tabe olduğu Alekseevka bələdiyyəsi məsləyə aydınlıq gətirib. Səbəb olaraq havanın quraq keçməsi bildirilib. Beləliklə yeni artezianın qazılması üçün Azərsu ASC-nə müraciət olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.